Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Leysan yağış və qar yağıb -FAKTİKİ HAVA

 Martın 19-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, əksər bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb.

Yenixeber.org: Bildirilib ki, Bakı və Abşeron yarımadası, Qobustan, Sabirabad, Kürdəmir, Göyçay, Yevlax, Mingəçevir, Naftalan, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Naxçıvan, Şərur, Sədərək, Şahbuz, Culfa, Şamaxı, İsmayıllı, Ağsu, Oğuz, Ağdam, Ağcabədi, Tərtər, Zərdab, Beyləqan, Lənkəran, Biləsuvar, Astara, Lerik, Yardımlı, Neftçala, Cəlilabad, İmişli, Qax, Balakən, Zaqatala, Qəbələ, Şəki, Quba, Şabrana yağış, Qusar, Şahdağ, Xaltan, Qrız, Daşkəsən, Kəlbəcər, Gədəbəyə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Daşkəsəndə 3 sm, Kəlbəcər, Gədəbəydə 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcə isti, Naxçıvan MR-də 0-5 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.

Sumqayıt, Qobustan, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Tərtər, Beyəqan, Altıağac, Qusarda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam