Rişi Sunakın qayınanası yeni vəzifəyə təuin edildi

Britaniyanın Baş naziri Rişi Sunakın 73 yaşlı qayınanasına vəzifə verilib.
Yenixeber.org: Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Suca Murti Hindistan parlamentinin yuxarı palatasına təyin olunub.
Hindistan parlamentinin yuxarı palatasının nizamnaməsinə əsasən, ən layiqli 12 üzv hər dəfə 6 il müddətinə palataya təyin olunur.
Qeyd edək ki, S. Murti xeyriyyəçiliklə məşğuldur. O, Hindistanın güclü qadını kimi tanınır.










AZ
RU