Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır?

 

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır.

Yenixeber.org: Tədqiqatçıların hesablamalarına görə, bu altmış dəqiqə ərzində, saat 05:00-dan saat 06:00-a qədər insanlar nə vaxt oyanmasından asılı olmayaraq, əhvali-ruhiyyələrinin daha pis olduğunu bildiriblər.

"Əhvali-ruhiyyə təbii olaraq və yuxudan asılı olmayaraq səhər ən aşağı, axşam isə ən yüksək nöqtədə olur", - deyə psixiatr və tədqiqatın aparıcı müəllifi Benjamin Şapiro bildirib.

Bunun əksinə, araşdırmalara görə, axşam saat 17:00-da əksər insanların əhvali-ruhiyyəsi daha yüksək olur.

"Biz müəyyən etdik ki, əhvali-ruhiyyə orqanizmin daxili saatı ilə əlaqəli bir ritmə uyğundur və bu saatın təsiri insan oyaq qaldıqca artır", - deyə tədqiqatın baş müəllifi Denni Forger qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam