Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Bakı Forumunun ikinci günü başa çatdı

 

“Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ikinci günü başa çatıb.

Yenixeber.org xəbər verir ki, martın 16-dək davam edəcək forum Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Konfransın ikinci günündə “Xoş sözlərdən əməllərə: COP29 qarşısında hansı məqsədlər qoyulmalıdır?”, “İqlim ədaləti”, “Hamı üçün sağlamlıq”, eləcə də “Regional hərbi və iqtisadi ittifaqların rolu” mövzularında panel müzakirələri təşkil olunub.

Bundan əlavə, bu gün BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis, eləcə də Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Qlobal Bakı Forumunun iştirakçılarına xüsusi müraciətlə çıxış ediblər.

Türkiyə XİN başçısının çıxışından sonra sual-cavab sessiyası keçirilib.

XI Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri - ümumilikdə 70-dən çox ölkədən 350-dən çox qonaq iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam