Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Putin niyə prezident olmaq istəmirmiş -Yeltsinə verdiyi CAVAB

Rusiya prezidenti Vladimir Putin deyib ki, 90-cı illərin sonunda səlahiyyət müddəti başa çatan dövlət başçısı Boris Yeltsin onu prezidentliyə namizədliyini irəli sürməyə dəvət edəndə buna hazır olmadığını bildirib.
Yenixeber.org: “Əgər o dövrə qayıtmaq mümkün olsaydı, mən yenə eyni şəkildə cavab verərdim”.
Putin o zaman niyə prezidntliyə hazır olmadığını belə şərh edib:
"Nədənsə qorxduğum üçün yox, tapşırıqların miqyası sadəcə böyük olduğundan və problemlərin sayı hər gün qartopu kimi böyüdüyündən təklifə hazır deyildim. Təkrar edirəm, nədənsə qorxmurdum. Amma bütün problemləri həll etməyə hazır olmadığımı da düşünmüşdüm. Söhbət bundan gedirdi. Ona görə də mən tamamilə səmimiyyətlə cavab verdim”.
Onun sözlərinə görə, Boris Yeltsin onun cavabından sonra söhbətə bir də qayıdacağını söyləyib.
“Və bir neçə dəfə bu mövzuya qayıtdıq. Sonda dedi ki, "mən təcrübəli insanam, nə etdiyimi, nə təklif etdiyimi bilirəm". Mənə başqa şeylər də dedi. Yəqin ki, özümü tərifləmək yaxşı çıxmaz, haqqımda müsbət sözlər söylədi”, - Putin bildirib. (Ria Novosti)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam