Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Ramil Usubov Kobaxidze ilə görüşdü-FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşdə ölkələr arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə toxunulub.

Yenixeber.org xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb.

Hökumət başçısı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edib. Bundan əlavə, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə güclü dəstəyi qeyd edilib.

İclasda Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam