Gürcüstanda dövlət məmurlarının maaşları -ARTIRILIR
Gürcüstan parlamenti dövlət məmurlarının maaşlarının artırılması ilə bağlı düzəlişlər qəbul edib.
Yenixeber.org: Qəbul edilmiş dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Hökumət üzvlərinin və deputatların maaşları müvafiq düsturla hesablanacaq: büdcə ilə müəyyən edilmiş əsas əməkhaqqı, əmsala vurulur.
Hazırda dövlət qulluqçusunun əsas əməkhaqqı 1330 laridir. Sıravi deputat üçün baza məbləği 7 əmsala, parlamentin spikeri üçün isə 8,5 əmsalına vurulacaq.
Baş nazirin əmsalı 10-dur, onun maaşı ayda 13 min 300 lari, demək olar ki, ildə 160 min lari (təxminən 60 min dollar) olacaq.










AZ
RU