Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Qod Nisanova "Dostluq" ordeni təqdim edildi

 

Azərbaycanın Rusiyadakı səfirliyində iş adamı Qod Nisanova "Dostluq" ordeni təqdim edilib.

Yenixeber.org xəbər verir ki, Nisanova mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib:

"Fəxr edirik ki, Azərbaycandan olan insanlar vətənimizi layiqincə təmsil edirlər. Biz sizin uğurunuzdan çox razıyıq və sizə daha böyük uğurlar arzulayırıq".

Q.Nisanov qeyd edib ki, aldığı mükafat təkcə ona deyil, bütün azərbaycanlılara məxsusdur:

"Dostluq" ordeni mənim üçün simvolikdir. Bu, təkcə mənim deyil, Azərbaycanı dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır. Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam