“NATO Ukraynadakı münaqişənin tərəfi olmayacaq”

Almaniya kansleri Olaf Şolts deyib ki, NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq.
Yenixeber.org: Bu haqda siyasətçi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya Federasiyası ilə NATO arasında müharibəyə çevrilməsini istəmirik”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Şolts NATO və Avropa ölkələrinin Ukraynaya quru qoşunları göndərməyəcəyini bildirmişdi.










AZ
RU