Ukrayna-Polşa sərhədindən YENİ XƏBƏR -4 saatlıq görüş
Polşa hakimiyyəti ilə dörd saatlıq danışıqlar zamanı sərhədin bağlanması məsələsi müzakirə olunmayıb.
Yenixeber.org: Bunu Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib.
“4 saatlıq danışıqlarda sərhədin bağlanması variantı qeyd olunmadı. Polşanın Baş naziri Donald Tuskun dediyi kimi, bu, iqtisadiyyatlarımız üçün çox ağrılı qərar olardı", - Kaçka söyləyib.
Qeyd edək ki, daha öncə Polşanın Baş naziri Donald Tusk Varşavanın Ukrayna ilə sərhədi müvəqqəti olaraq daşımalar üçün tamamilə bağlamaqla bağlı danışıqlar apardığını söyləyib.










AZ
RU
