Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Kamil Zeynallı azadlıqda! -Bu gün Bakıya qayıdır

 

Kamil Zeynallı azadlığa buraxılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

İdmançının bu gün Bakıya geri qayıdacağı bildirilir.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. 

Sosial şəbəkələrdə onun saxlanılması ilə bağlı protokol paylaşılıb. Protokola görə, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 135.1 .1 (insanlıq əleyhinə cinayətlər, qətl), 135.1.6 (işgəncə), 135.1.11 (insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər), 140.2.2 (Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək), 147.1 (muzdlu cəlb etmək) və 149.1 (təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam