Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Təhqir olunan yeniyetmənin nənəsi danışdı -VİDEO

Nəvəm qıza nəsə pis söz deyib. Sonra onlar da yığışıb nəvəmi danışmağa çağırıblar. Nəvəm deyib ki, atama demə, döyər məni.

Yenixeber.org xəbər verir ki, bunu 156 nömrəli məktəbin yaxınlığında həmcinsi tərəfindən təhqir olunan yeniyetmə qızın nənəsi Cəmilə Hacıyeva deyib.

O, zorakılığa məruz qalan nəvəsinin özünü müdafiə etmədiyini söyləyib.

“Həmin qız bizim həm qonşumuz, həm də qohumumuzdur. Bizim aramızda heç bir problem olmayıb. Nəvəm 9-cu sinifdən çıxıb, o qız isə 11-ci sinifdir. Atası da, əmisi də qızın valideynləri ilə danışıb. Problemli ailə deyillər, bibisi Qala məktəbində direktor işləyib. Yaxşı adamlardır, yaxşı qonşu olmuşuq”, - deyə C.Hacıyeva əlavə edib.

Qeyd edək ki, 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

Daha ətraflı Baku TV-nin süjetində:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam