Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Uzaqmənzilli silahlara ehtiyac var" -Zelenski

Volodimir Zelenski Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrinin davamlı olaraq bloklanması ilə bağlı vəziyyəti gülünc adlandırıb. 

Yenixeber.org xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, düşmən artilleriyasının dayanmadan işlədiyi Kupyansk yaxınlığında Polşa ilə sərhəddən gələn xəbərlər sadəcə olaraq istehza xarakteri daşıyır.

"Hazırda cəbhənin bir neçə bölgəsində, rusların ehtiyatlarının maksimum miqdarını cəmlədiyi yerlərdə vəziyyət son dərəcə çətindir. Onlar Ukraynaya yardımın gecikməsindən istifadə edirlər və bunlar çox həssas mövzulardır. Artilleriya çatışmazlığı var, zenit müdafiəsinə və cəbhə xəttində uzaqmənzilli silahlara ehtiyac var", - prezident bildirib.

O vurğulayıb ki, polşalı etirazçılar tərəfindən iki ölkə arasında dövlət sərhədi keçid məntəqəsinin bağlanmasına Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı deyil, siyasi proseslər səbəb olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam