İlham Əliyev Əli Əsədovu Baş nazir -TƏYİN ETDİ
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
Yenixeber.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncam əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
Qeyd edək ki, bu gün Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.










AZ
RU