Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

NATO Ukraynaya bir milyon dron verəcək

Stoltenberq: Ukrayna barədə qərarı Ukrayna və NATO qəbul edə bilər

Şimali Atlantika Alyansının (NATO) bir qrup ölkəsi hərbi yardım çərçivəsində bir milyon pilotsuz uçuş aparatını ukraynalı hərbçilərə vermək istəyir.

Yenixeber.org: Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq brifinqdə məlumat verib.

O bildirib ki, fevralın 15-də Ukrayna-NATO Şurasının növbəti iclası keçirilib. Xüsusilə Ukraynanın müdafiə naziri Rustem Umerov cəbhədəki vəziyyət barədə müttəfiqlərini məlumatlandırıb. NATO ölkələri isə davamlı dəstəyin vacibliyini vurğulayıb. Y.Stoltenberq onu da deyib ki, son bir neçə gündə Kanada, Finlandiya və Norveç də daxil olmaqla müttəfiqlər Ukraynaya F-16 üçün avadanlıq və ehtiyat hissələri, həmçinin hava hücumundan müdafiə avadanlıqları daxil olmaqla yeni hərbi yardım paketləri elan ediblər.

"Bir qrup müttəfiq Ukrayna üçün bir milyon pilotsuz təyyarə tədarük etmək məqsədilə birləşir. 20 NATO müttəfiqi də minalardan təmizləmə üçün koalisiya yaratmaq barədə razılığa gəlib. Bütün bunlar ukraynalıların həyatını xilas etməyə kömək edəcək", - deyə Baş katib əlavə edib.

Xatırladaq ki, əvvəllər NATO ukraynalı hərbçilərə kömək etmək üçün 20-dən çox ölkənin qoşulduğu koalisiya yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam