Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Vyetnam Prezidenti də İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev tarixi şəxsiyyətdir | Kaspi.az
Yenixeber.org: Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

- Cənab Prezident.

İcazə verin, Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Vyetnam Sosialist Respublikasının dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Vyetnam Sizin rəhbərliyinizlə ölkənin quruculuq və inkişafı işində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyir və buna görə sevinir.

Tam əminəm ki, Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək, inkişaf edəcək və bu, iki xalqın istəklərinə və maraqlarına cavab verəcək.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə çoxlu qələbələr arzulayıram.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam