Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Qazaxıstana maska rejimi qayıdır

 

Qazaxıstanda koronavirusa yoluxma hallarının artması ilə bağlı səhiyyə müəssisələrində personal və pasiyentlər üçün maska rejimi bərpa edilib.

Yenixeber.org xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın baş dövlət sanitar həkimi Aycan Esmaqambetova qərar imzalayıb. 

Bununla yanaşı, ölkədə əhalinin kütləvi toplaşdığı ərazilərdə, hava limanlarında, dəmir yolu vağzallarında, bazarlarda, ticarət və əyləncə mərkəzlərində, teatr və kinoteatrlarda, banklarda tibbi və yaxud parça maskadan istifadə etmək tövsiyə edilib. 

Bununla yanaşı, bütün növ nəqliyyat vasitələrində də maskadan istifadə etmək məsləhət görülüb. 

Qeyd edək ki, Qazaxıstan mediasının yazdığına görə, yanvar ayında ötən ilin dekabrı ilə müqayisədə koronavirusa yoluxma hallarında 2,5 dəfə artım müşahidə edilib. Fevralın 7-dən başlayaraq ölkədə iclas və digər kütləvi tədbirlər onlayn formata keçirilib, yaxud sanitar normalara ciddi əməl edilməklə təşkil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam