Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Onlayn ödəniş edənlərə-XƏBƏRDARLIQ

 

“Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Belə ki, vətəndaşlar saxta veb-sayta yönləndirilərək onlardan qeydiyyatdan keçmək və ödəniş etmək tələb olunur. Dələduzların istifadə etdikləri saxta hiperlinkə (http://e-gov-portal.online/) daxil olan vətəndaşlardan müəyyən məlumatlar istənilir.

Yenixeber.org Domen ünvanda “E-Gov” olması vətəndaşlarda çaşqınlıq yarada bilər və nəticədə onların daxil etdiyi məlumatlardan istifadə edən dələduzlar vətəndaşın hesabından pul vəsaiti çıxara bilərlər”.Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatında deyilir.

“Dələduzların qurbanı olmamaq üçün vətəndaşları ehtiyatlı olmağa səsləyirik. Naməlum mənbələrdən göndərilən hiperlinklərin domen hissəsinə xüsusilə diqqət edilməlidir. “E-Gov” portalının domen ünvanının yalnız https://e-gov.az olduğunu vurğulamaq istərdik.

Bundan əlavə, göndərilən hiperlinklərin başlığında “https”, yəni təhlükəsiz mətn göndərişi əlaqə protokolunun olmasına diqqət edilməlidir. Bu hiperlinklər təhlükəsiz hesab olunur. Dələduzların göndərdiyi hiperlinklər isə “http”, yəni şifrələnməmiş, təhlükə yarada biləcək protokolla göndərilir”, - deyə məlumatda qeyd olunur.

İRİA-dan vurğulanıb ki, qurum heç bir halda “E-Gov” domenindən istifadə edərək vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında hiperlink göndərmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam