Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bəzi Avropa dövlətləri Azərbaycana qarşı qərəzli münasibət göstərir

 

Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Səməd Seyidov Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

S.Seyidov Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib.

O, bugünlərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumun iclasında bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırmaq qərarına gəlib. Səməd Seyidov Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkürünü ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam