Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Xəzərdə sərnişin gəmisində 32 nəfər təxliyə edildi -SƏBƏB

xezerde-gemide-tehlukeli-anlar

Bu gün saat 21.00 radələrində sahildən 30 km aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin  gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. 

Yenixeber.org: Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb.

Bildirilir ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası”  sərnişin gəmiləri hadisə yerinə gəlib.  Heyət üzvləri və sərnişinlər bu  gəmilərə təxliyə ediliblər. 

Hazırda  7 nəfər gəmi heyəti və 25  sərnişinin  həyatı üçün hər hansı bir təhlükə yoxdur. 

“PS 173” gəmisi  isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi  vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb. 

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam