Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Zəngəzur dəhlizi kimin nəzarəti altında açılacaq? -Surenyants

 

Zəngəzur dəhlizi üçüncü tərəfin nəzarəti altında açılacaq. Üçüncü tərəfin kim olacağı isə ikinci təhlükədir. Əgər üçtərəfli bəyanatın mətnində yazılıbsa ki, üçüncü tərəf Rusiyadır və bu, açıq şəkildə yazılıb, ən azı 42 kilometrlik ərazi geosiyasi rəqabətin hədəfinə çevrilməməli idi.

Yenixeber.org xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“İndi artıq Ermənistanın bu 42 km-i geosiyasi rəqabət obyektinə çevrilib. Çünki Rusiya öz ambisiyalarından əl çəkmir, Türkiyə və Qərb də belə ambisiyalarının olmasının əleyhinə deyil. İran deyir ki, əgər geosiyasi status-kvo dəyişsə, müdaxilə edəcəyəm. Çünki onun da obyektiv olaraq bu 42 km üçün ambisiyaları var. Paşinyanın yüngül toxunuşu ilə Ermənistanın bu 42 kilometrlik ərazisi ölkə uğrunda rəqabət üçün açar oldu. Nikolun sayəsində bu problem hazırki faciəvi nəticəyə gəlib çıxıb, bu əhvalat İrəvanın mərkəzində partlayacaq. Çünki geosiyasi rəqabət var və indi hər şey daha mürəkkəbdir. Bilirsiniz, 10 noyabr bəyanatı daha az təhlükə daşıyır. Çünki bizdə bir çox yerdə Rusiya idarəetmə modeli var və bu yöndə təcrübəmiz də var", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam