Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Rusiyada prezident seçkisindən YENİ XƏBƏR:bu ölkələrdən müşahidəçi çağırılmayacaq

Rusiya “dost olmayan” ölkələrdən müşahidəçi çağırmayacaq

Rusiya Mərkəzi Seçki Komissiyası ölkədəki prezident seçkilərini müşahidə etmək üçün digər ölkələrə dəvət göndərib, lakin “dost olmayan” ölkələrdən müşahidəçilərin dəvət edilməməsinə qərar verilib.

Yenixeber.org: Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Pavel Andreev “İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası yalnız öz tərəf müqabillərinə, digər ölkələrin seçki orqanlarına və beynəlxalq ixtisaslaşmış təşkilatlara dəvət göndərir.

Andreyev həmçinin bildirib ki, Mərkəzi Seçki Komissiyası Ümumdünya Seçki Orqanları Assosiasiyasının (WAEO) nümayəndələrini seçkilərə dəvət edib. Eyni zamanda, o vurğulayıb ki, bir çox ölkələr artıq Rusiyaya öz müşahidəçilərinin göndərilməsi məsələsinə maraq göstərir.

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam