Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

BƏƏ COP29-un keçirilməsində öz təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır

 

Cənab Prezident, bu il Azərbaycanın COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsi münasibətilə Sizə bir daha öz təbriklərimi çatdırmaq istəyirəm. Bu da öz növbəsində bütün dünyanın Azərbaycana etimadının bir təzahürüdür və bu münasibətlə Sizə uğurlar arzulayıram.

Yenixeber.org xəbər verir ki, bunu yanvarın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı bildirib.

“Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır

Cənab Prezident, qonaqpərvərliyə, səmimi qəbula və xüsusən də dünən iki saatdan artıq keçirdiyimiz gözəl vaxta görə, - həqiqətən bu iki saat ərzində mən bizim görüşümüzdən çox həzz aldım, - Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Cənab Prezident, dünən də qeyd etdiyim kimi, Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.

Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirliklərinin bir çox sahədə böyük təcrübəsi var, biz də Sizin kimi qardaş ölkələrlə bu təcrübəni paylaşmağa, bölüşməyə hər zaman hazırıq. Amma bəzi məqamlar, bəzi sahələr var ki, o sahələrdə biz də öyrənirik. Çox sağ olun, cənab Prezident”, – o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam