Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

İmtahanların nəticələri -AÇIQLANDI

 

Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenixeber.org-a bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 1 223 nəfər qatılıb. Onlardan 385 nəfər müsbət nəticə əldə edib.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 102 nəfər, tam orta təhsil səviyyəsi üzrə 283 nəfər uğur qazanıb.

Nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam