Ukraynanın itkiləri açıqlandı -SİYAHI
Rusiya müharibənin 683-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 526 PUA-sı, 447 zenit-raket kompleksi, 14 506 tank və digər zirehli texnikası, 1 201 reaktiv yaylım atəş sistemi, 7 656 artilleriya və minaatanı, 17 170 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.










AZ
RU
