Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bu bölgə tezliklə Ukraynadan ayrılacaq -SENSASİON AÇIQLAMA

Bu bölgə tezliklə Ukraynadan ayrılacaq - SENSASİON AÇIQLAMA

               “Karpatyanı bölgə tezliklə Ukraynadan ayrılacaq”.

Yenixeber.org: Bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter jurnalist Qarland Niksonla müsahibəsində deyib.

O bildirib ki, Karpatyanı bölgənin macar əhalisi rəsmi Kiyevin milli siyasətindən çox narazıdır:

“Ona görə də narazı macarlar tezliklə Ukraynadan ayrılmağı planlaşdırırlar. Bu isə Ukraynanın sonu deməkdir.  Karpatyanı bölgədəki macarlar açıq şəkildə deyirlər ki, biz benderlərin nasist hökumətinin rəhbərliyi altında yaşaya bilmirik:

“Burada yaşamaqdan xoşbəxt deyilik. Hər şey dağılmağa başlayan kimi biz də Ukraynadan ayrılacağıq”.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı onu da bildirib ki, Ukraynanın qərbindəki polyaklar da ipi çəkilmiş bombadır:

“Polyaklar da macarlar kimi edəcəklər. Onlar da rəsmi Kiyevin idarəçiliyində qalmaq istəmirlər. Ona görə də tezliklə Ukrayna iqtisadi və siyasi potensiala malik böyük milli dövlət kimi mövcud olmağı dayandıracaq. Ukraynanın yerində  kiçik iqtisadiyyata malik bir neçə respublika yaranacaq. Və bu respublikalar daim Avropa İttifaqından subsidiyalar tələb edəcək”.

Qeyd edək ki, Karpatyanı bölgə əvvəllər Avstriya-Macarıstan İmperiyasının bir hissəsi idi. Birinci Dünya Müharibəsi nəticəsində Habsburq monarxiyasının süqutundan sonra bölgə Çexoslovakiyanın tərkibinə daxil oldu. 1939-cu ildən isə bu ərazinin bir hissəsi Macarıstana məxsus idi, lakin faşist Almaniyasının məğlubiyyətindən sonra Moskvada bölgənin Ukrayna SSR-in tərkibinə daxil edilməsi haqqında müqavilə imzalandı.(Bizim.Media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam