Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

İrandakı səfirliyimiz bu halda fəaliyyətini bərpa edəcək

"Azərbaycanın İrandakı səfirliyinin bağlanmasının konkret səbəbləri var. Bu, səfirliyimizə olan hücumla bağlı idi. Təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələrimizə əsasən, insanların həyat və təhlükəsizliyi üçün ciddi risk var idi".

Yenixeber.org xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, səfirlik məlum terror hadisəsindən sonra tam şəkildə təxliyə edilib.

Onun sözlərin görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil:

"Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, məlum cinayəti törətmiş şəxs ən sərt formada cəzalandırılmalıdır. Eyni zamanda, Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyinə tam zəmanət verilməlidir. İranın hüquq-mühafizə orqanları müəyyən işləri yekunlaşdırıb. İran tərəfindən bizə məhkəmə prosesinin başlanması ilə bağlı tarixlər də verilib. Gözləntilərimiz həmin məhkəmə prosesinin keçirilməsi və onun nəticələri ilə bağlı olacaq. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam