Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Rusiya əsgərləri 9 nəfərlik ailəni qətlə yetirib, 2-si uşaqdır -Əminə Cabbar

 

"Ukraynanın işğal olunmuş Volnovaxa yaşayış məntəqəsində Rusiya əsgərləri 2-si uşaq olmaqla, 9 nəfərdən ibarət ailəni qətlə yetirib".

Yenixeber.org xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbar X-də yazıb.

"Müvəqqəti işğal edilmiş Ukrayna ərazilərində dinc sakinlərə qarşı terror davam edir. Ukrayna vətəndaşlarının Rusiya işğalçıları qarşısında tamamilə gücsüz olduğu yerlərdə gerçək cəhənnəm yaşanır", - deyə o qeyd edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam