Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" -İTTİHAM VAR...

"Ədliyyə Nazirliyi İstintaq idarəsi daxil olan işləri icraata niyə götürmür? Sahib Rzayev, idarənizin işi nədən ibarətdir ki, işçiləriniz baxmalı olduqları işlərə biganədirlər?" 
Yenixeberorg.com: Bu etiraz dolu müraciətin müəllifi tanınmış jurnalist Ülviyyə Alovludur.
Jurnalist daha sonra müraciətini belə davam etdirir: "İki aydır ki, müstəntiqiniz Samir Alıyev işini icra etmək istəmir.
Niyə?
Nəyi gözləyir ki?
Rüşvət verilməlidir?
Vətəndaş haqqı olan işə görə niyə rüşvət verməlidir ki?
Qaradağ rayon məhkəməsinin icraçısı dələduz Səbuhi Əhmədzadədən 3 il sonra can qurtardıq, indi də Alıyevlə didişməliyik?
Cavabdeh Həsənov Məhəmməd bu məmurlara nələr vəd edir ki, bunlar zərərçıkmiş qala-qala cinayətkara qahmar çıxır?
Ya bəlkə, səbəbkar elə sizsiniz ki, Samirlər bu camaata belə əziyyət verir?
İki aydır ki, sənədlər sizin idarəyə, istintaqın başlaması üçün göndərilib.
İki aydır ki, Samir Alıyev cinayətkarın sifarişi ilə işi istintaqa götürmür və hətta iş açılmamış onu yenidən dələduz Əhmədzadəyə göndərmək fikrindədir.
Əcəb işə düşmüşük e, vətəndaş dövlətinin qanunlarına sığınaraq bir dələduzdan hüquq-mühafizə orqanlarına şikayət edir, orqanlardakı digər dələduzlar da şikayətlərə belə “baxır”.
Nə bir qaynar xətti, nə də dəftərxanası cavab verir.
Vətəndaş necə əlaqə qursun?
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Baş Prokurorluğundan
xahiş edirəm, Ədliyyə Nazirliyi İstintaq idarəsinin, xüsusən də Sahib Rzayev və Samir Alıyevin fəaliyyətinə nəzər yetirəsiniz...".(Dia-az)
Məsələ diqqətimizdədir....



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam