İsraildən Rusiyaya XƏBƏRDARLIQ
Rusiyanın İsraildəki səfiri Anatloli Viktorov Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenixeber.org: Bu barədə İsrail XİN-in məlumatında deyilir.
Bildirilib ki, HƏMAS nümayəndə heyətinin Moskvaya səfərindən dolayı Rusiya səfirinə etiraz edilib:
“Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov HƏMAS nümayəndə heyətinin Moskvaya səfərinə görə, etiraz məqsədilə İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-in Avrasiya məsələləri üzrə baş direktorunun müavini, səfir Simon Halperin səfirə izahat verib. İsrailin Moskvanın HƏMAS terror təşkilatının hərəkətlərini pisləməməsini, habelə Rusiyanın beynəlxalq təşkilatlardakı hərəkətlərini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib”.










AZ
RU
