Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Günün xəbəri

Ceyhun Bayramov Lavrovla danışdı -YENİLƏNİB

 

Oktyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Yenixeber.org-a bildirilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 21:16

Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı olub. 

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər üçtərəfli razılaşmalar əsasında Bakı və İrəvan arasında normallaşma üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər. 

Nazirlər həmçinin regional “3+3” formatını müzakirə ediblər və bu platformanın təşviqi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

"Oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində "3+3" məsləhətçi regional platformasının görüşünün nəticələri yüksək qiymətləndirilib", - deyə Rusiya XİN-in məlumatında deyilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam