Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

İran istehsalı 15 dron məhv edildi -Ukraynada

Ukraynada İran istehsalı 15 dron ZƏRƏRSİZLƏŞDİRİLDİ

Oktyabrın 1-nə keçən gecə Ukraynanın cənubunda azı 15 ədəd İran istehsalı “Şahid” dronları məhv edilib. Onlardan 14-ü Odessa, 1-i Mıkolayiv vilayətində zərərsizləşdirilib.

Yenixeber.org: Bu barədə “Cənub” müdafiə qüvvələrinin sözçüsü Nataliya Humenyuk “Vahid xəbərlər”in yayımında bildirib.

Onun sözlərinə görə, ölkənin cənub bölgələri hücuma məruz qalıb, qarışıq tip dron hücumu həyata keçirilib.

İşğalçı qüvvələr marşrutları qarışdırmaq və maksimal dərəcə HHM sistemini yükləməyə çalışıblar. Humenyuk qeyd edib ki, qarşı tərəf Mıkolayiv vilayətində anbar ərazisinə zərbə endirə bilib. Orada qalıqların ayırd edilməsi və yanğının söndürülməsi istiqamətində işlər aparılır, lakin zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

Bundan başqa, Xerson vilayətinə 16 ədəd güdümlü aviabomba ilə həmlə olunub.

Humenyuk vurğulayıb ki, Rusiya qüvvələri ballistik raket zərbələri endirməyə davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam