Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

İran mediası yenə də separatçılara haqq qazandırır

Erməni separatçılar Ağdam-Xankəndi yolunda əngəl yaradır - ŞOK GÖRÜNTÜLƏR

İran mediası Xankəndidə erməni vətəndaşlarımızın “ərzaq qıtlığı” şousunu Ermənistanın maraqlarına uyğun formada işıqlandırıb.

Yenixeber.org: İSNA və İRNA xəbər agentliklərində dərc edilən yazılarda Azərbaycan tərəfinin erməniləri blokadaya aldığı, onların ərzaqla təmin edilməsinə əngəllər yaratdığına dair yalan məlumatlar paylaşılıb.

İSNA-nın yaydığı məlumatda Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməniləri humanitar yardımlardan məhrum etdiyi iddia edilib.

“Bakı beynəlxalq təşkilatların narahatlıqlarına baxmayaraq, “Dağlıq Qarabağ” bölgəsinə gedən yeganə yol olan Laçın keçidini bağlayıb”, - məlumatda bildirib.

İranın dövlət xəbər agentliyi olan İRNA da oxşar material dərc edərək, Azərbaycan hökumətinin erməniləri blokadaya aldığını yazıb:

“Azərbaycan Respublikası Laçın-Xankəndi yolunu kəsərək, Qarabağın mərkəzində yaşayan erməniləri mühasirəyə alaraq, həmin bölgə erməniləri üçün humanitar böhran şəraiti yaradıb”.

Materialın davamında qeyd edilib ki, Ermənistan hökumətinin iki mərhələdə ermənilərə lazım olan ərzaq, dərman və zəruri əşyaları daşıyan yük maşınları Qarabağın mərkəzinə göndərilib:

“Lakin Azərbaycan Respublikası maneə yaratdığı üçün bu maşınların yükü iki ölkənin sərhədində ilişib qalıb”.

İran mətbuatının məsələyə bu cür yanaşması isə sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutmasına bəraət qazandırmağa hesablanıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam