Əhmədinejad prezident seçkilərində namizədliyini irəli sürüb.
Yenixeber.org: Məlumata görə o, Seçki Qərargahına gələrək 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, Mahmud Əhmədinejad İranın 6-cı prezidenti olub.
Xatırladırıq ki, prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması səbəbindən İranda növbədənkənar prezident seçkiləri keçirilir. Hazırda namizədlərin qeydiyyata alınma mərhələsidir.(İSNA)










AZ
RU