Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

 İsrail 700-dən çox fələstinli məhbusu azad edəcək...

İsrail Qəzza zolağında potensial atəşkəs razılaşması və HƏMAS yaraqlıları tərəfindən tutulan girovların azad edilməsi çərçivəsində 700-dən çox fələstinli məhbusu həbsdən azad etməyə razılaşıb.

Yenixeber.org: Məlumata görə, məhbusların arasında terrorçuluqda və İsrail vətəndaşlarını öldürməkdə günahlandırılaraq cəza çəkən fələstinlilər də var.

KİV-in İsrail rəsmilərinə istinadən yazdığına görə, söhbət tərəflər arasında razılaşma əsasında azad oluna biləcək 700-800 məhbusdan gedir.

“Axios”un müxbiri, CN-in analitiki və “Walla”nın Vaşinqton müxbiri Barak Ravid bildirib ki, İsrailin azad etməyə razı olduğu məhkum edilmiş terrorçular arasında israilliləri öldürdükləri üçün ömürlük həbs cəzası çəkən yüzlərlə adam var.

HƏMAS yaraqlılarının da öz növbəsində 40 girovu azad edəcəyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam