Ukraynanın itkilərinin siyahısı YENİLƏNDİ
Rusiya müharibənin 738-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 969 PUA-sı, 476 zenit-raket kompleksi, 15 323 tank və digər zirehli texnikası, 1 227 reaktiv yaylım atəş sistemi, 8 259 artilleriya və minaatanı, 19 257 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.










AZ
RU
