Türkiyənin hava məkanı belə qorunacaq:yeni radar sistemi
Türkiyədə yaradılan yerli istehsal radar ölkənin bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək.
Yenixeber.org: Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, türkiyəli mühəndislər tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı ölkənin cənub-şərqində Qaziantep hava limanında quraşdırılıb.
“Fərqli ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində 1 milyon kvadrat kilometrlik ərazidə bütün Türkiyə hava sahəsi gecə-gündüz izlənəcək.
Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı bütün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına cavab verir”.










AZ
RU
