Qəzzada ölənlərin sayı 29 minə yaxınlaşır
İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada həlak olanların sayı 28,6 mini ötüb.
Yenixeber.org: Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrail ordusunun anklavın müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 28 663 nəfərə çatıb", - deyə bildirilib.
Hücumlarda həmçinin 68 395 fələstinlinin yaralandığı bildirilib. Belə ki, son sutka ərzində 87 nəfər ölüb, 104 nəfər xəsarət alıb.










AZ
RU
