Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Putinin Türkiyəyə səfərindən YENİ XƏBƏR:səfər proqramı açıqlanıb

Putinin Türkiyəyə səfəri Azərbaycan üçün əhəmiyyətlidir - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.

Yenixeber.org: Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalının efirində bildirib.

O, qeyd edib ki, səfər çərçivəsində Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.

"Prezidentlərimiz mütəmadi olaraq ünsiyyətdədir. Qarşıdan gələn səfər zamanı qaz, enerji sektorunda əməkdaşlıq, “Akkuyu” AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma, regional məsələlər, xüsusilə Qəzzadakı vəziyyətin müzakirəsi planlaşdırılır", - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Bundan əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Türkiyəyə səfərinə hazırlıq görülür və Kreml ən yüksək səviyyədə təmasların tarixini vaxtında açıqlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam