Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

ABŞ PUA istehsalında İrana dəstək verən şirkətlərə sanksiya tətbiq etdi

ABŞ İrana pilotsuz uçuş aparatları (PUA) və raket istehsalında dəstək verən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Yenixeber.org: Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, sanksiyalar İran və Honq-Konqda yerləşən əvvəllər İranın raket proqramını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlərə görə sanksiyalar siyahısına daxil edilmiş şirkət qruplarına material və texnologiyaların tədarükü ilə məşğul olan dörd şirkətə qarşı tətbiq edilir. Bundan əlavə, gəlirlərini İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İranın elit bölmələri) əldə etdiyi “yüz milyonlarla dollar dəyərində” İran mallarının satışı ilə məşğul olduğu iddia edilən Honq-Konq şirkətinə də məhdudiyyətlər qoyulub.

ABŞ maliyyə nazirinin terrorla mübarizə üzrə müşaviri Brayan Nelson deyib ki, İranın “ABŞ ordusunu hədəf almaq üçün istifadə edilən pilotsuz təyyarələr və raketlər də daxil olmaqla qabaqcıl silahların yayılmasının davam etməsi Yaxın Şərqdə sabitliyə ciddi təhlükə yaradır”.

ABŞ həmçinin ABŞ və digər ölkələrdə kritik infrastruktura qarşı silsilə hücumlara görə məsuliyyət daşıyan İİKK kiber bölməsinin altı üzvünə də sanksiya tətbiq edib.(musavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam