Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bəxtiyar Hacıyevdən YENİ XƏBƏR:2 maddə ilə mühakimə edilməsini istəyib

Bəxtiyar Hacıyev bu dəfə də ev dustaqlığına buraxılmadı | | Xural qəzeti

   İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası davam etdirilib.

Yenixeber.org: Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.

Müdafiə tərəfinin ilk vəsatəti təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı olub.

Növbəti vəsatət isə müttəhimə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma) 
maddəsi ilə irəli sürülmüş ittihamlara xitam verilməsi ilə əlaqədar verilib. 

Hacıyev özü də yalnız 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə mühakimə edilməsini istəyib.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyəti vəsatətlərin heç birini təmin etməyib.

İş məhkəmə baxışına təyin edilib. Növbəti iclas yanvarın 19-da keçiriləcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam