İranın “Alborz” hərbi gəmisi Bab əl-Məndəb boğazından keçərək Qırmızı dənizə daxil olub.
Yenixeber.org: İran hərbi gəmilərinin gəmiçilik marşrutlarını təmin etmək üçün 2009-cu ildən bəri bölgədə fəaliyyət göstərdiyi bildirilir.
Xəbər dövlət mediasının İranın təhlükəsizlik rəhbəri Əli Əkbər Əhmədianın Husilərin yüksək səviyyəli müzakirəçisi Məhəmməd Əbdülsəlam ilə görüş keçirdiyini bildirməsindən sonra yayılıb. Görüşün harada və nə vaxt keçirildiyi bəlli deyil, lakin İran mediası yazır ki, Tehran husiləri fələstinliləri dəstəklədiyinə və İsrailə qarşı durduğuna görə tərifləyib.
Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib. ABŞ qayıqlarına hücum nəticəsində 10 husi öldürülüb və ya itkin düşüb.(“Tasnim”)










AZ
RU
