Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Dünyada pandemiya qurbanlarının sayı -330 mini ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 330 003 nəfərə çatıb.

Yenixeber.org: Virusdan ən çox ölüm faktı ABŞ (93 439), Böyük Britaniya (35704) və İtaliyada (32 330) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 5 105 000-i ötüb.

Son 13 gündə dünyada pandemiya qurbanlarının sayı 60 mindən çox olub.

Bundan başqa, indiyədək COVID-19-dan sağalanların sayı 2 035 000-i keçib.

Qeyd edək ki, Azərbaycandakoronavirusdan ölənlərin sayı 43 nəfərdir. Ölkəmizdə indiyədək 3 631 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 253 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam