Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Dünyada koronavirus: ölənlərin sayı 270 000-i ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 270 740 nəfərə çatıb.

Yenixeber.org: Virusdan ən çox ölüm hadisəsi ABŞ (75 670), Böyük Britaniya (30 615) və İtaliya (29 958) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 3 917 000-i ötüb.

Son 6 gündə pandemiya qurbanlarının sayı 30 000-dən çox olub.

Qeyd edək ki, Azərbaycanda COVID-19-dan ölənlərin sayı 28 nəfərdir. Ölkəmizdə indiyədək 2 204 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 1 551 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam