Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Bakıda -Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir

Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir.

Yenixeber.org:   Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edirlər.

Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgisi də təşkil olunub.

Forumun ikinci hissəsində isə, Tacikistandan gəlmiş qonaqların Quba və Xaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba “ABAD Factory” İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam