Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Bakıda 1 tona yaxın yararsız quş əti aşkarlanıb

 
Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxanı rayonu ərazisində növbəti əməliyyat tədbiri keçirilib.
Yenixeber.org:   DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A. Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız, çəkisi 996 kiloqram toyuq əti aşkar edilib.

Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam