Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Dövlət Komitəsində qanunsuzluq - 300 sərəncam ləğv edilib

ramizhesenovvv

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılan yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb.
Xeberinfo.com:   Məlumata görə, bunu Azərbaycan Hesablama Palatasının auditoru Cəfər Həsənov deyib.

C.Həsənovun sözlərinə görə, pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib: “Təsəvvür edin ki, sərəncam təqdim edib hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar”.

Qeyd edək ki, Azərbaycan reallığında yoxlama apardıqdan sonra, onun aparılması barədə sərəncamlar o zaman ləğv edilir ki, qurumun rəhbərilə “razılıq” əldə edilir.Daha doğrusu qurumun rəhbəri tələb olunanı verməyə razılaşır. Bu baxımdan Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yalnız bir idarəsində yoxlama aparılmasına dair 300 sərəncam ləğv edilməsi bu qurumun sahibkarlarla hansı şərtlərlə işlədiyini əyani nümayiş etdirir.
Ancaq maraqlıdır, bu yoxlamalar dövlətə və sahibkarlara neçəyə başa gəlib?

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam