Putin gözlənilən təxribat cəhdlərindən danışıb:“... belə təxribatlar mütləq olacaq”

Rusiya Prezidenti Vladimir Putin seçkiöncəsi dövrdə baş verə biləcək hər hansı təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınmasını tələb edib.
Yenixeberorg.com: Bu barədə dövlət başçısı keçirilən xidməti müşavirə zamanı danışıb.
Putin hüquq-mühafizə və xüsusi xidmət orqanlarına müraciət edərək, təhlükəsizlik tədbirlərinin maksimum dərəcədə artırılmasının vacibliyini vurğulayıb:
“Diversiya və terror aktları törətmək cəhdlərinin, ekstremist xarakterli təzahürlərin qarşısı ən qətiyyətli və sərt şəkildə alınmalıdır. Seçkiöncəsi dövrdə belə təxribatlar, o cümlədən xaricdən təşkil olunanlar mütləq olacaq”.
Rusiya lideri həmçinin qeyd edib ki, ölkənin yeni regionlarında (ilhaq edilmiş ərazilərdə) sakinlərin azad seçimini qorumaq üçün bütün lazımi addımlar atılmalıdır.
O, radikal qruplaşmaların və beynəlxalq terror strukturlarının fəaliyyəti fonunda Rusiyada terror təhlükəsi risklərinin artdığını bildirib:
“Bu səbəbdən müşavirənin gündəliyinə antiterror sisteminin təkmilləşdirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı kompleks məsələlər daxil edilib. Bu mövzular daim dövlətin diqqət mərkəzindədir”.(“RİA Novosti”)










AZ
RU