Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək"

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti daha bir vacib nəqliyyat qovşağı olaraq Orta Dəhlizin dəyərini yüksəldəcək".

Yenixeberorg.com: Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfi layihənin mümkün qədər tez həyata keçirilməsində maraqlı olub.

"Məmnunam ki, birgə səylərimiz nəticəsində Baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində layihənin tam istismara verilməsinə dair protokol imzalanıb. Bu o deməkdir ki, artıq bir neçə gündən sonra layihənin rəsmi açılışı olacaq. Bu, təkcə ölkəmiz və Azərbaycan üçün deyil, həm də Türkiyə üçün çox vacib bir layihədir", - Kvrivişvili əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam