Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İran ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-yə xəbərdarlıq edib.

O bildirib ki, Vaşinqton İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyatları ilə bağlı sərt xəbərdarlıq edib.

Yenixeberorg.com: Şikarçi bildirib ki, Vaşinqtonun İrana qarşı yeni hücumu əvvəlkilərdən daha dağıdıcı nəticələr doğura bilər.

Onun sözlərinə görə, belə bir addım ABŞ üçün gözlənilməz ssenarilər yaradacaq və Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”.

Digər tərəfdən, İranın Ali lideri Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti də ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı açıqlamalarına münasibət bildirib.

Vilayəti qeyd edib ki, “İsrailin ipi ilə quyuya enməyin ağır bədəli var”.

O, Tramp administrasiyasının Təl-Əvivin təxribatları nəticəsində strateji tələyə düşdüyünü deyib.

İran rəsmisi həmçinin Vaşinqtonda Tehranla bağlı “səhv hesablamaların” aparıldığını bildirərək, regionda artan gərginliyin təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.(“Fars”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam